Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının “danışılmış oyunlar”a qarşı apardığı mübarizə çərçivəsində Birinci divizionda keçirilən oyunlar mütəmadi qaydada izlənir.

Sport7.az​ qurumun rəsmi saytına istinadən xəbər verir ki, Birinci divizionda çıxış edən “Ağsu”, “Turan Tovuz” və “Zirə-2”​ futbol klublarının bir neçə oyununda qeydə alınmış şübhəli məqamlarla əlaqədar AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırmaya, həmçinin UEFA-dan AFFA-ya daxil olan məlumatlara əsasən, klubların adları göstərilən futbolçuları və digər futbol funksionerləri, o cümlədən futbolda hər hansı fəaliyyəti olmayan şəxslərin nəticəsi manipulyasiya olunmuş oyunlarda iştirakı müəyyən olunub.

Komissiyanın və ekspertlərin rəyi, UEFA-nın məlumat və hesabatları nəzərə alınaraq bütün adları göstərilən şəxslərin futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulur: Turan Tovuz (I Divizion) 1.Qocayev Sənan – futbolçu2. Rüstəmov Misir – futbolçu 3.Bağırov Emin – futbolçu4. Sadıqov İlkin – futbolçu 5.Məmmədov Rüfət – futbolçu 6.Tağıyev Eltay – futbolçu 7.Quluzadə Şahin – futbolçu.

Ağsu (I Divizion) 1.Kərimov Rəşad – İcraçı direktor 2.Bayramov Kənan – qapıçılar üzrə məşqçi 3.Hacıyev Ənvər – klubun işçisi 4.Əliyev Ramil – futbolçu 5.İbrahimov Vüsal – futbolçu6. Əmrahov Qalib – futbolçu 7.Əliyev Elçin – futbolçu 8.Əliyev Məhəmməd – futbolçu9. Həşənov Şamo – futbolçu 10.Mirzaliyev Ruslan – futbolçu 11.Quliyev Orxan – futbolçu 12.Rəhimov Fərrux – futbolçu 13.Həşimov Elçin – futbolçu 14. Babayev Malik – futbolçu 15.Kərimov Ramil – futbolçu 16.Mustafayev Vüsal – futbolçu 17.Məmmədov Kənan – futbolçu

Zirə (I Divizion) 1.Əliyev Səbuhi – futbolçu. Uğur FK (region liqası) 1. Məhərrəmov Cəmşid – futbolçu. Alyans FK (region liqası) 1. Rəhimli Cəmil – futbolçu.

Məsələ ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada araşdırma davam etdiyi üçün İntizam Komitəsi tərəfindən növbəti qərarlar qəbul oluna bilər.

Barəsində sanksiya qərarı qəbul olunmuş şəxslərin Apellyasiya Arbitraj Tribunalına müraciət etmək hüququ var.​ Sport7.az