Türkiyənin keçmiş baş naziri, keçmiş xarici işlər naziri, vaxtilə hakim AKP sədri də olmuş Əhməd davudoğlu bu gün yeni siyasi partiyasını ictimaiyyətə təqdim edəcək.​
Türkiyə mətbuatının yazdığına görə partiyanın adı Gələcək partiya adlanır və emblemi çinar yarpağı olacaq. Yeni partiyanın üzvləri arasında hakim Ədalət və İnkişaf partiyasının çox önəmli isimləri də var. Keçmiş prezident Abdullah Gülün də bu partiyaya üzv olacağı da gələn xəbərlər arasında yer alır. Fəaliyyətdə olan bir çox millət vəkillərinin də Davudoğlunun partiyasına keçmə ehtimalını nəzərə alsaq, prezident R. T. Ərdoğanın sədri olduğu​
Ədalət və İnkişaf partiyasının parçalanması və zəifləməsi qaçılmazdır.