Murmanskda təmir edilən “Admiral Kuznetsov” təyyarə kreyserində yanğın baş verib, üç nəfər xəsarət alıb. Bu haqda​ RİA Novosti-yə təcili yardım xidmətinin nümayəndəsi bildirib.

Xilasedicilər yanğın mərkəzində olan daha iki işçi axtarırlar.İlkin məlumatlara görə, yanğın saat 10:16-da birinci enerji sahəsində qaynaq işləri aparılarkən başlayıb. Yanğın sahəsi 120 kvadratmetrə çatmışdır. Yanğının söndürülməsində Rusiya Federasiyası FHN əməkdaşları iştirak edirlər.
Xatırladaq ki, Admiral Kuznetsov ” kreyseri iki il əvvəl həddindən artıq tüstü buraxdığına görə təmirə dayanmışdı.