Rusiya iki alman diplomatı qisas zəminində geri göndərəcək.​​ “Sherg.az”​ “lefigaro.fr”ə istinadən xəbər verir ki, Moskva bu addımı dekabrın əvvəlində Almaniyanın 2 rus diplomatı Berlində baş verən qətldən sonra geri göndərib. Rusiya da bunun intiqamını almaq üçün 2 alman diplomatı geri göndərməyi qərarlaşdırıb. ​​Rusiyanın xarici işlər naziri Sergey Lavrov Almabiyanın Rusiyadakı səfiri Qeza Anderas von Qeyri nazirliyə çağırıb. Və ona iki alman diplomatın Rusiya üçün ”persona non grata’ arzuolunmaz şəxs olduğunu onun diqqətinə çatdırırb. Və həmin diplomatların Rusiyanı tərk etməsi üçün 7 gün vaxt verilib.​