Cürcüstanın bu ilin yanvar-noyabr aylarında xarici turizmdən əldə etdiyi gəlir​ 3 051 424 548​ ABŞ dolları təşkil edib.​

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasından bildirilib. İllik müqayisədə gəlirdə​ 35,4milyon dollar artım qeydə alınıb. Təkcə noyabr ayında isə qonşu ölkə xarici turizmdən​ 201,734,437dollar qazanıb ki, bu da ötən ilin eyni göstəricisindən 5,6% çoxdur.
Bu ilin III rüblərində turizmin Gürcüstanın ÜDM-dəki payı 7,7% təşkil edib. İllik müqayisədə artım 19,7% olub.​