“Kitabevim.az” mağazalar şəbəkəsi maliyyə çatışmazlığına görə fəaliyyətini dayandırır.

Bu barədə​ Kult.az-a “Kitabevim.az” mağazalar şəbəkəsinin icraçı direktoru Emin Sadıqov məlumat verib. O bildirib ki, mağaza dotasiya ilə fəaliyyət göstərib: “Gəlirimiz az, xərclərimiz isə çox yüksəkdir. “Nizami” metrosunun yaxınlığındakı filial da bağlanır. Bundan əvvəl isə “Əhmədli” metrosunun yaxınlığındakı filialımız bağlanmışdı. Hazırda sonuncu ayın icarə haqqını və əməkdaşların maaşlarını ödəmək üçün “Nizami” filialımızda kitablara 50 faiz endirim etmişik. Endirimlər bu ayın sonuna qədər davam edəcək. Yanvar ayının 1-dən isə mağazamız fəaliyyətini tamamilə dayandıracaq. Hələ ki, “28 May” metrosunun yaxınlığındakı filialımız fəaliyyətini davam etdirir. Amma bu gedişlə həmin filialımız da bağlanacaq”.