Bu yaxınlarda uzun sürən xəstəlikdən dünyasını dəyişən mərhum deputat , parlament jurnalistləri birliyi tərəfindən ilin ən fəal deputatı nominasiyası üzrə keçirilən sorğunun qaliblərindən biri olub.​ Ümumiyyətlə jurnalistlər 4 nominasiya (“İlin ən fəal deputatı”, “Seçici hüquqlarını müdafiə edən ən fəal deputat”, “Qanunvericilik təşəbbüsü ilə çıxış edən ən fəal deputat”, “Azərbaycanı beynəlxalq təşkilatlarda təmsil edən ən fəal deputat”) üzrə sorğu keçiriblər.​

Parlament Jurnalistləri Birliyinin sədr müavini Aqil Aslan açıqlamasında​ bildirib ki, sorğuda Milli Məclisdə akreditasiya olunan 70-ə yaxın jurnalist iştirak edib. Onun sözlərinə görə, bu, PJB-nin sayca 14-cü sorğusudur: Sorğu laureatları arasında Qənirə Paşayeva, Fazil Mustafa kimi tanınmışlarla yanaşı​ ​ Cavanşir Feyziyev, Tahir Mirkişili kimi isimlər də yer alıb.