Finlandiyanın yeni baş naziri buna qədər nəqliyyat və rabitə naziri vəzifəsində çalışan Sanna Marin olacaq. Marinin yeni hökumətə başçılıq edəcəyi​ Sosial Demokrat Partiyası Səlahiyyətli​ Şurasının iclasında məlum olub. O, ikinci namizədi, SDP parlament fraksiyasının sədri Antti Lindtmanı üç səsə (23-29) keçib. 34 yaşlı Marin dünyanın ən gənc baş naziri olacaq. Buna qədər bu göstərici​ Ukraynanın 35 yaşlı baş naziri Aleksey Qonçaruka məxsus idi.​