Türikiyənin keçmiş baş naziri mərhum Nəcməddin Ərbakanın oğlu, Rifah partiyasının sədri Fatih Ərbakan sosial şəbəkədə Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanı ölkəni uçuruma aparmaqda günahlandırıb. Ölkənin 100 milyardlarla boclanmasının gələcəkdə ağır nəticələr verəcəyini qeyd edən F.Ərbakan işsizlik və bankalara borc altında qalan vətəndaşların düşdüyü ümidsiz duruma da toxunub.​
Xatırladaq ki, R.T.Ərdoğanı siyasətə gətirən və onun Rifah partiyasından İstanbul Böyükşəhər Bələdiyyə başçısı seçilməsində önəmli rol oynayan məhz partiya sədrinin atası Nəcməddin Ərbakan olmuşdur.​