Litvada idman təyyarəsi qəzaya uğrayıb.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, hadisə Kaunas rayonunda baş verib. Bildirilir ki, qəza nəticəsində göyərtədə olan 2 nəfər həlak olub. İlkin məlumata əsasən, həlak olanlardan biri təcrübəli pilot Viktoras Ramonas olub.