Xəbər verildiyi kimi dekabrın 4-də Odessada kollecdə baş verən yanğın nəticəsində ölənlərin sayı 8-ə çatıb, 30 dan çox insan xəsarət alıb, xeyli sayda itkin düşənlər var.​

Yanğının söndürülməsi zamanı xəsarət alan 1976-cı il təvəllüdlü xilasedicinin həyatını qurtarmaq mümkün olmayıb. Daha səkkiz nəfərin taleyi isə naməlum olaraq qalır. Yanğın baş verən kollecdə itkin düşənlərin axtarışları davam edir.​

Ukrayna Prezidenti Vladimir Zelenski baş verən faciə ilə bağlı dekabrın 8-də ölkə üzrə matəm elan edilməsinə dair sərəncam verib. Qeyd edək ki, dəhşətli yanğına səbəb kimi elektrik naqillərinin qısaqapanması göstərilir.