«AzPolitika.info»-nun Belarus KİV-nə istinadla verdiyi xəbərə görə, paytaxt Minskdə Rusiya ilə inteqrasiyanın dərinləşməsi əleyhinə etirazlar alovlanıb.

«Təzə külək» hərəkatının nümayəndələri «canlı zəncir» aksiyası təşkil ediblər. Bu barədə «Tut.by» nəşri xəbər verib. Aksiyaçılar həmvətənlərini sıraya düzlənməyə çağırıblar. Nümayişə 200 nəfərə qədər insan qoşulub.​ Respublika sarayının yaxınlığında onlarla fəal Rusiya prezidenti Vladimir Putinin fotolarını cırıblar.