Nazir qeyd edib ki, istisnasız olaraq bütün bu münaqişələr müvafiq dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə tam hörmət əsasında, beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində Helsinki Yekun Aktı tərəfindən təsdiq edilmiş beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunmalıdır. “Əfsuslar olsun ki, Milanda keçirilmiş Nazirlər Şurasının son iclasından sonra Ermənistan-Azərbaycan münaqişəsinin həllində hansısa konkret irəliləyişlərin olması barədə Şuraya heç bir məlumat verə bilmərəm. Minsk Qrupu həmsədrlərinin özlərinin qeyri-sabit və qəbuledilməz adlandırdıqları hazırkı status-kvonun işğalına əsaslanan cəbhə xəttində nisbi sakitlik münaqişənin həllində irəliləyişə gətirib çıxarmadı. Etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan ərazisinin işğalı nəticəsində yüz minlərlə məcburi köçkün öz evlərini tərk etməli oldu. Bu rakursda Mən Dilqəm Əsgərov və Şahbaz Quliyevin işini xüsusi qeyd etmək istərdim. Ermənistan “hamının hamısına” prinsipi əsasında belə, onları azad etməkdən inadla imtina edir”, – deyə XİN başçısı vurğulayıb.