Türkiyə Rusiyadan yeni “S-400” raket kompleksləri ala bilər.

APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin direktoru Dmitri Şuqayev bildirib. O, Türkiyə ilə Rusiya arasında “S-400” kompleksinin almasına dair yeni müqavilə imzalanacağının ehtimal olunduğunu deyib.“Türkiyənin Rusiyadan 2020-ci ildə əlavə “S-400” lər alınmasına dair müqavilə imzalaması ehtimalı var”, – deyə o əlavə edib.