Mixail Şumaxerin bolidi hərracda 6,6 milyon dollar məbləğində satılıb.

RİA Novosti xəbər verir ki, avtomobil “F-1” çempionatının final mərhələsində əbu-Dabi Qran-Prisi zamanı hərraca çıxarılıb.

2002-ci ildə beşinci çempionluq titulunu Şumaxer məhz bu maşında​ qazanıb.Həmin il alman pilot 17 yarışdan 11 də finişə birinci gəlib.

2013-cü ilin dekabr ayının sonunda “Formula-1” nin yeddiqat çempionu Şumaxer Fransız Maribelində dağ xizəklərində eniş zamanı ciddi xəsarət alıb. O, beyin yarımkürələrinin hər ikisinin çox zədələnməsi ilə bir neçə il komada qalıb. Yalnız 2018-ci ilin dekabrında bildirildi ki, Şumaxer artıq yatağa bağlanmayıb və ağ ciyərlərin süni ventilyasiyası aparatına ehtiyac duymur.