Türkiyə milli komandasının baş məşqçisi Şenol Günəş Bakıdaya gəlib.

Sport7.az​ xəbər verir ki, “AVRO-2020″nin 2 qrup oyununu Bakıda keçirəcək komandanın çalışdırıcısı paytaxtımıza stadion və otellərə baxmaq məqsədi ilə səfər edib.​ Türk mütəxəssis Suraxanıda “Qarabağ”ın bazasında da olub. O, Ağdam klubunun işçiləri ilə də görüşüb.​Qeyd edək ki, Türkiyə iyunun 17-də Uels, 21-də isə İsveçrə ilə oyunları Bakı Olimpiya Stadionunda keçirəcək.