Rusiya KİV-də Krasnodar diyarının Dövlət arxivindən sənədlər dərc olunub, orada deyilir ki, Ter-Arutyunyan yəni​ Qaregin Njde alman-faşist qoşunlarının əlaltısı, SS-nin erməni legionunun yaradıcılarından biri olub və SSRİ-yə qarşı vuruşub.​

SM-xəbərlər nəşri 1920-1921-ci illərdə ter-Arutyunyanın Zəngəzurda Hərbi Qüvvələrin Baş komandanı olduğu, Qırmızı Orduya qarşı mübarizə apardığı, daha sonra xaricə qaçdığı və antisovet təbliğatı apardığı məhkəmənin arxiv sənədlərindən çıxarışlar gətirir. İkinci Dünya müharibəsi zamanı Sovet ordusu hissələrinə qarşı pozuculuq işi üçün alman kəşfiyyat orqanları ilə əməkdaşlıq etməyə başlamış, alman kəşfiyyat və əks-kəşfiyyat orqanlarının tapşırıqlarını yerinə yetirmək üçün insanların cəlb edilməsi və hazırlanması ilə məşğul olmuş, 1942-ci ildə Berlində yaradılmış “Erməni Milli Şurası” nın tərkibinə daxil olmuşdur.

Şahidlər ter-Arutyunanın Dağlıq Ermənistanda əksinqilabi hökumətin üzvü olduğunu və bu hökumətin Silahlı Qüvvələrinin komandanı kimi Qırmızı Orduya qarşı mübarizə apardığını göstərmişlər.