Qazaxıstan prezidenti​ – “Bu, anneksiya deyil”:
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib ki, Krımın Rusiyaya birləşdirilməsini “ilhaq”hesab etmir. Onun sözlərinə görə, Moskva ilə Nur-Sultan arasında “tamamilə etibarlı” münasibətlər var və 2014-cü ildə Qazaxıstan heç də “qorxmadı”. Tokayev əlavə edib ki, ukraynadaxili münaqişəni yalnız Minsk razılaşmaları vasitəsilə həll etmək mümkündür.

Xatırladaq ki, 2015 – ci ildə Krımı rus torpağı kimi tarix dərsliyinə daxil edən Kazaxıstanla Ukrayna arasında soyuq münasibətlər mövcuddur.