15 Rusiya xüsusi xidmət​ agenti Fransız Alplarındakı düşərgədən​ Avropada əməliyyatlar aparmaq üçün​ istifadə edirdilər. Onlar gizli agentlər tərəfindən istifadə olunan və informasiya mübadiləsi üçün əl altında olan “ölü poçt qutuları” nın xüsusi qətllər, sabotaj aktları və idarə edilməsi üçün məsuliyyət daşıyan GRU-nun elit bölməsinin əməkdaşları olub.

APA-nın məlumatına görə, bunu Fransanın “Le Monde” qəzeti çərşənbə günü dekabrın 4-də açıqladığı materialda deyib.

Nəşrə görə, bu casuslardan birinin 2018-ci ilin mart ayında keçmiş ikili agent Sergey Skripal və qızına sui-qəsdin təşkili​ ilə məşğul olmuşdur. Qərb xüsusi xidmət orqanları bu casus qrupunun izinə​ Skripallara qarşı sui-qəsdin araşdırılması zamanı çıxıblar. 2014-dan 2018-a qədər olan dövrdə bu rusiyalı agentlər dəfələrlə Fransanın Cənub-Şərqində, o cümlədən Şamoni və Evianada kiçik Fransız şəhərciklərində qalıblar.

​Le Monde-nin məlumatına görə, bu casuslar Fransada deyil, Bolqarıstan, Moldova, Çernoqoriya və digər ölkələrdə fəaliyyət göstəriblər. Qərb xüsusi xidmət orqanları silah və ya digər əşyayi – dəlilləri müsadirə edə bilməyiblər.