Prezident İlham Əliyev Elbrus İsayevin Naxçıvan Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.​ Naxçıvan Müəllimlər İnsitutunun rektoru Elbrus Saleh oğlu İsayev Naxçıvan Dövlət Universitetinin rektoru təyin edilib. ​Dövlət başçısının digər sərəncamı ilə Saleh Heydər oğlu Məhərrəmov Naxçıvan Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib.​Bundan başqa, Prezidentin sərəncamı ilə Elbrus Saleh oğlu İsayev Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub.