Almaniya Xarici İşlər Nazirliyi Rusiyanın Berlindəki səfirliyinin iki əməkdaşını arzuolunmaz şəxs​ ​ elan edib. Bu, Berlində​ çeçen əsilli Gürcüstan vətəndaşının öldürülməsi ilə bağlıdır.

Bununla yanaşı, Spiegel yazır ki, Almaniya​ XİN RF-in Berlindəki səfiri Sergey Neçayevi çağıraraq ona nota verib.

Daha əvvəl Kremlin nümayəndəsi Dmitri Peskov bildirib ki, Rusiyanın Berlindəki qətldə iştirakına dair bəyanatları əsassızdır. O, qəzetdə dərc olunan məqaləni belə şərh etdi. Orada qeyd ediblər ki, Almaniya​ hökuməti Rusiyaya qarşı sanksiyalar tətbiq edə bilər.

Peskov həmçinin qeyd edib ki, bu şübhələr Putinin və Merkelin dekabrın 9-da Parisdəki​ görüşünə mane olmayacaq.

Bununla yanaşı, qəzetin yazdığına görə, bu ilin avqustunda baş vermiş Zəlimxan Xanqoşvilinin qətlində əsas şübhəli bilinən şəxslə bağlı istintaq yekunlaşıb. Alman hüquq-mühafizə orqanları hesab edirlər ki, qətlin arxasında Rusiyanın​ xüsusi xidmət orqanları durur.
Xatırladaq ki, Zəlimxan Xanqoşvili ikinci çeçen müharibəsinin iştirakçısı, Rusiya – Gürcüstan münaqişəsi zamanı isə zabit kimi xidmət edib