Bakıda şirniyyat dükanına basqın edilib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsi 70-də baş verib. Naməlum şəxs həmin ünvanda yerləşən “AZZA” şirniyyat dükanına daxil olaraq orada işləyən Atakişiyev Ülvi Elşad oğlunu bıçaqla öldürməklə hədələyib. Nəticədə həmin şəxs kassadan 950 manat və 1 ədəd “Alpha Line” içkisini götürərək hadisə yerindən qaçıb.

Keçirilən əməliyyat – axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən keçmiş məhkum Abdullayev Arzu Nemət oğlu saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.