Xanım jurnalist partiya sədrinin müşaviri təyin edildi

Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı özünə daha bir müşavir təyin edib.​Tanınmış jurnalist Jalə Mütəllimova partiya sədrinin müşaviri təyin olunub. Bu barədə həmkarımız özü məlumat yayıb.​ Qeyd edək ki, Jalə Mütəllimova son olaraq APA TV-də redaktor kimi fəaliyyət göstərib. O, əvvəllər Az.TV və media orqanlarında çalışıb.