Bu gün – dekabrın 2-də Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıya gələcək. Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib ki, iki gün çəkəcək səfər zamanı onun Azərbaycan rəhbərliyi ilə, habelə xarici işlər naziri Elmar Məmmədyarovla görüşləri nəzərdə tutulub.

“Bakıda siyasi, iqtisadi və humanitar sferalar üzrə ikitərəfli əlaqələrin inkişafına dair həlledici məsələlərlə bağlı dialoq davam etdiriləcək. Bundan əlavə, 2020-ci il üçün xarici siyasət idarələri arasında məsləhətləşmə planı imzalanacaq”, – deyə Zaxarova bildirib.