Avropada miqrant həyatı yaşayan Rəfael Piriyev bu dəqiqələrdə intihara cəhd edib.​

Bu barədə Demokrat.az-a Avropada yaşayan azərbaycanlılardan məlumat daxil olub.​

Məlumata görə, hadisə bu gün Fransada baş verib. Belə ki, Rəfael Piriyev özünə bıçaqla xəsarətlər yetirib.​ ​

İlkin ehtimala görə, Rəfael Piriyev Azərbaycana deportasiya olunmamaq üçün bu addımı atıb.​ ​

Qeyd edək ki, Rəfael Piriyev Avropada hakimiyyətə​ qarşı söyüş kampaniyası aparan şəxslərdən biridir.