Dekabrın 2-də Milli Məclisin iclası keçiriləcək. İclasda parlamentin buraxılması barədə məsələ​ müzakirəyə çıxarılacaq. Bunu Milli Məclisin ötən həftənin cümə günü keçirilən iclasında spiker Oqtay Əsədov deyib.

Əsədov deyib ki, Milli Məclisin 2 dekabra təyin olunan iclasının gündəliyində YAP-ı təmsil edən deputatların Milli Məclisin buraxılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciətinin müzakirəsidir.

Qeyd edək ki, noyabrın 28-də YAP Siyasi Şurasının iclası keçirilib. İclasda YAP Siyasi Şurasının qərarı qəbul edilib. Qərara əsasən, partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etmək tövsiyə olunub.