Azərbaycan Respublikasının​ I-Vitse Prezidenti

​ Mehriban xanım Əliyevaya

Bakı şəhəri,​ ​ Şərifzadə küçəsi ev 12​ ünvanında AMEA – nın Aspirantlar Yataqxanasında daimi qeydiyyatla faktiki yaşayan sakinlər tərəfindən

ƏRİZƏ

Hörmətli Mehriban xanım! AMEA-nın keçmiş prezidenti Akif Əlizadə​ və AMEA-da yüksək ​ vəzifə tutan şəxslər tərəfindən mənimsənilən: Əlizadə Akif​ Ağamehdi oğlu adına( Müqavilə:72;73)Yasamal rayonu A.M.Şərifzadə 12 ünvanında inşa olunan 5 girişli​ 16 mərtəbəli yaşayış evinin giriş 4 mərtəbə 5 də 241saylı 4 otaqlı (178,3m2) və 242 saylı 2 otaqlı (63,4m2) mənzillər; – Gəlini​ Əlizadə Tamilla Aşum qızı adına (Müqavilə:74;75)Yasamal rayonu A.M. Şərifzadə 12 ünvanında inşa olunan 5 girişli 16 mərtəbəli yaşayış evinin giriş4 mərtəbə 6 da​ 247 saylı 4 otaqlı (178,3m2) və 248 saylı 2 otaqlı(63,4m2) mənzillər;​ -Vitse-prezident Quliyev İbrahim Səid oğlu adına( Müqavilə: 76) Yasamal rayonu A.M.Şərifzadə 12 ünvanında inşa olunan 5 girişli​ 16 mərtəbəli yaşayış evinin giriş 4 mərtəbə 7də​ 253 saylı 4 otaqlı (178,3m2) mənzillər; ​ -İşlər müdiri Fətəli Abdullayevin sürücüsünün yoldaşıBayramova Ülviyyə Rafiq qızının adına(Müqavilə:77) Yasamal rayonu A.M.Şərifzadə 12 ünvanında inşa olunan 5 girişli​ 16 mərtəbəli yaşayış evinin giriş 4 mərtəbə 8 də 259 saylı 4 otaqlı(178,3m2) mənzillər; Hörmətli Mehriban xanım, mənzilləri ələ keçirməsi, öz adlarına və qohumlarının adlarına rəsmiləşdirməsində birbaşa “Vəzifə səlahiyyətlərindən sui-istifadə etmə”​ cinayətinin tərkib əlamətləri mövcuddur. Bu isə Cinayət Məcəlləsinin 308-ci Maddəsi ilə cəza təhdidi altında qadağan olunmuş əməl hesab edilir. Ona görə də xahiş edirik ki, bu faktın araşdırılmasını və həmin şəxslərin əməllərinə hüquqi qiymət verilməsi məsələsi ilə bağlı müvafiq addımlar atılması üçün lazımi struktur vahidlərinə göstəriş verəsiniz. Hörmətli ​ Vitse- Prezident,​ artıq AMEA-nın keçmiş rəhbərliyi və əlaltıları ​ sayəsində normal​ bir ziyalı kimi, insan kimi yaşamaq üçün lazım olan iş yerimiz və evimiz yoxdur. Sizdən AMEA-nın yeni rəhbərliyinə, eləcə də müvafiq orqanlara bizim pozulan “mənzillə təmin olunmaq” hüququmuzun bərpasının gündəmə gətirilməsini ​ və​ mənzillərimizin qaytarılması üçün göstəriş verməyinizi xahiş edirik. Məlumunuz olsun ki, AMEA-nın mərhum​ prezidenti Mahmud Kərimovun cənab İlham Əliyevə ünvanladığı 22 fevral 2011-ci il tarixli 01-3\149 saylı müraciətindən sonra Dövlət Başçısının göstərişilə Bakı şəhər İcra Hakimiyyətinin 19-12-2012-ci il 564 saylı sərəncamına əsasən, Abbas Mirzə Şərifzadə küçəsi 12 ünvanında​ yerləşən AMEA-nın Aspirantlar yataqxanasının sakinlərinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə Yataqxananın həyətyanı sahəsində Yataqxananın sökülüb yenidən tikilməsi şərti ilə yaşayış binalarının tikintisinə icazə verilmişdir.​ 14 Noyabr 2012-ci ildə AMEA​ və “EvroStroy- S” MMC arasında bağlanan podrat müqaviləsinə əsasən, AMEA-ya məxsus​ Aspirantlar Yataqxanasının 0,66 ha torpaq sahəsində 1 (bir) ədəd 4( dörd) girişli 16 mərtəbəli bina tikilmişdir. Tikilən binanın​ birinci​ və​ ikinci​ blokları tikinti pasportunda göstərildiyi kimi Yataqxanada yaşayan sakinlər üçün layihələndirilmişdir. 2015-ci ildə 4 bloklu binaların tikintisi başa çatdırıldıqdan sonra AMEA-nın keçmiş prezidenti Akif Əlizadə və Tikinti Şirkəti EvroStroy-S MMC( indiki Sipark inşaat) Yataqxana sakinlərinin mənzil almaq hüququnu pozaraq mənzillərin təhvil verilməsi müddətini uzatmışdırlar. Nə qədər absurd olsa da,​ İbrahim Quliyevin və Fətəli Abdullayevin rəhbərliyi ilə işləyən Mənzil bölgü komissiyası sakinlərin yataqxanaya qanunsuz yollarla gəldiklərini iddia etmiş və təəssüflər olsun ki, AMEA-nın keçmiş rəhbərliyini buna inandırmışdırlar. Halbuki bu binaların tikilməsi üçün tikinti nümayəndəsi Bəxtiyar Təhməzovun və Yataqxana komendantı Azər Əliyevin iştirakı ilə iclas keçirilərək yataqxana sakinlərinin imzaları toplanmış və hər sakinə düşəcək mənzil sahəsinin 65 m2-dən​ ​ az olmaması müzakirə olunmuşdur. Baxmayaraq ki, bu gün AMEA-nın İşlər idarəsinin rəhbəri Fətəli Abdullayevvə onun köməkçisi Sərdar Əliyev həmin iclasın protokolunu əsassız sənəd kimi qəbul edirlər, ancaq AMEA-nın​ keçmiş rəhbərliyi və tikinti şirkəti bütün işlərini ​ və ölçülərini bu rəqəmlərə əsasən hesablamışdırlar. AMEA-nın keçmiş prezidenti Akif Əlizadənin KİV-lərə verdiyi müsahibələrdə tez-tez işlətdiyi 7670 m2​ sahə buradan ortaya çıxmışdır (65×118=7670). Sonradan tərəfimizdən xəbər tutulmuşdur ki,​ AMEA-nın keçmiş rəhbərliyi və EvroStroy-S ( Sipark) tikinti şirkəti 2012-ci ildə bağlanmış müqalivəyə əlavə olaraq​ 08 iyul 2015 ci il tarixli ”Podrat müqaviləsinə Əlavələr protokolu”​ imzalamışdır. Beləliklə, V blokun tikintisinə başlanmış və A.M.Şərifzadə küçəsi 12 ünvanında yerləşən AMEA-ya məxsus 1,026ha sahədə 1( bir ) ədəd 5( beş​ girişli) 16 mərtəbəli yaşayış binasının tikintisi başa çatdırılmışdır. Nəhayət, AMEA-da keçmiş rəhbərlik tərəfindən təkrar-təkrar yaradılan Mənzil bölgü komissiyası 13 may 2017-ci il tarixində püşkatma yolu ilə mənzil bölgüsü keçirərək 54 ailəyə V blokda mənzil verildiyini qeyd etmişdil7ər. Bir müddət sonra keçmiş AMEA rəhbərliyinin​ göstərişi ilə püşkatma ləğv olunaraq müxtəlif tarixlərdə Yataqxanada yaşayan sakinlərin bir qisminə 5-ci blokda, bir qisminə isə Bakı şəhərinin müxtəlif qəsəbələrində (Masazır, Buzovna, Xırdalan şəhərində şirkətə aid olmayan​ tikinti binalarında), bir neçəsinə isə yaşayış massivi olmayan mandsar qatında mənzil təqdim edilmişdir. Yataqxananın süpürgə otağına qeydiyyatda olan və yataqxanada​ yaşamayan 17 ailəyə isə müqavilənin 2.1.3-cü bəndində nəzərdə tutulan öhdəliyini pozaraq müəyyən qarşılıq əsasında yataqxanın həqiqi sakinləri üçün ayrılan mənzil sahəsi​ təqdim edilmişdir.​ Qalan sakinlər isə (55 ailə) müxtəlif bəhanələrlə mənzil bölgüsündən kənarda saxlanmışdır. AMEA-nın keçmiş rəhbərliyi və “EvroStroy-S”( Sipark) şirkətində rəhbər vəzifə tutan şəxslər öz vəzifələrindən sui-istifadə edərək, Yataqxana sakinlərinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikilən​ birinci​ və​ ikinci​ bloku satışa çıxarmışdır. Bu gün​ bizə məlumdur ki, birinci və ikinci bloklarda 128 mənzil var. Onlardan 56​ mənzil AMEA–nın keçmiş rəhbərliyinin və tikinti şirkətinin əli ilə satılmış, 76 mənzilin isə aqibəti bilinməməkdədir. AMEA-nın keçmiş prezidenti A. Əlizadə, Vitse-prezident İ. Quliyev, İşlər müdiri F. Abdullayev 07.10.2013 cü il tarixində bizə ayrılan 800 m2​ ərazini mənimsəyərək bizi mənzil əldə etmək hüququndan məhrum etmşdirlər. Deməli belə çıxır ki, Bakının, eləcə də ölkəmizin gözəl guşələrində sonsuz sayda evləri, villaları olan bu məmurlar “N”-ci evi ala bilərlər, ancaq biz həyatımızda sahib ola biləcəyimiz, yeganə ümidimiz olan 65 m2​ sahəyə sahib ola bilmərik. Bunu tələb etdikdə isə AMEA-nın keçmiş rəhbərliyi və əlaltıları cəmiyyətdəki nüfuzlarına güvənərək bu qanunsuz əməllərinə davam etmiş, habelə ona qanuni don geyindirməkdən və bizi isə sui-istifadəçi adlandırmaqdan çəkinməmişdirlər.​ 27.11. 2019 tarixdə bizi qəbul edən​ İşlər idarəsinin​ müavini Sərdar Əliyevin də, Akif Əlizadənin rəhbərliyi ilə​ AMEA da yüksək vəzifə tutan məmurların​ qanunsuz əməllərini ört-basdır edərək Bakı şəhər İcra hakimiyyətini, FHN-i, Yasamal ​ rayon polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət idarəsini saxtakarlıqda günahlandıraraq​ tikintiyə aid əlimizdə olan bütün sənədlərin saxta olduğunu və bizim 30 ildən artıq bu yataqxanada​ qeyri-qanunui yaşamağımızı iddia etməsi AMEA-nın keçmiş rəhbərliyinin və əlaltılarının bizim mənzil almaq hüququmuzu​ ​ pozaraq və bizə düşən mənzilləri​ qanunsuz olaraq necə mənimsədiklərini sübut edir.Dəhşətli olan budur ki, Akif Əlizadə AMEA-da rəhbərlik etdiyi​ dövrdə əlaltıları ilə birlikdə​ həyata keçirdikləri bütün qeyri- qanuni əməlləri​ başqalarının səhvi kimi göstərib can qurtarmağa çalışırlar. Halbu ki bununla öz saxtakarlıqlarını ehtiraf etmiş olduqlarını gözdən qaçırırlar. Bu günlərdə Dövlət Başçısının Bakı şəhər İcra Hakimi​ Eldar Əzizovla​ görüşü zamanı “Şəhərsalma qaydalarının pozulması və mövcud binaların​ düz önündə yeni hündürmərtəbəli ​ binaların tikilməsi dırnaqarası sahibkarların köhnə binalarda yaşayan vətəndaşların​ Günəş işığından məhrum edilməsi” probleminə toxunmasna​ ​ 7 ildir Yataqxana sakinlərinin məşəqqətli həyatını bariz nümünə kimi göstərmək olar.​ A.M.Şərifzadə 12 ünvanında ucalan​ 5 bloklu 16 mərtəbəli binaların​ ortasında qalan yataqxana və goydələnlərin ucalması üçün icazə verən bütün səlahiyyətli orqanlar bu yataqxanada​ yaşayan və mənzil almaq hüquqları AMEA ilə EvroStroy-S MMC( indiki Sipark inşaat)​ tərəfindən pozulan vətəndaşların yaşamaq üçün mövcud olan bütün hüquqlarını pozmuşdurlar. Bu illər ərzində Yataqxananın qapısını açmayan və burada yaşayan sakinlərin həyat tərzi ilə tanış olmayan​ AMEA-nın keçmiş rəhbəri və Mənzil Bölgü Komissiyası​ bu insanların taleyini bizə düşən mənzilləri mənimsəməklə həll edə bilərdilər.