Albaniyada dağıdıcı zəlzələ qurbanlarının sayı 48, xəsarət alanların sayı isə 790 nəfərə çatıb.

Xatırladaq ki, noyabrın 26-na keçən gecə Albaniyada 6,4 maqnitudalı zəlzələ baş verib. Yerli KİV-in məlumatına görə, yeraltı təkanlar daha çox paytaxt Tiranada, zəlzələ episentrinə yaxın olan Durres şəhərində hiss olunub.

Məlumata görə, dağıntılar altından 45 nəfər xilas edilib, onlardan üçünün vəziyyəti ağırdır