​ İkinci oyun günündə E,F,G və H qruplarındakı komandalar qarşılaşıb.

Turnirin son qalibi “Liverpul” İngiltərədə “Napoli”ni qəbul edib. Mersisayd təmsilçisi qələbə sayəsində digər görüşün nəticəsindən asılı olmayaraq 1/8 finala yüksələcəkdi. Lakin “qırmızılar” bir xala razı olaraq, vəsiqənin taleyini son tura saxlayıblar. E qrupunun digər matçında “Zalsburq” Belçikada “Genk”ə 4:1 hesabı ilə qalib gələrək xallarını 7-yə yüksəldib və 1/8 finala çıxmaq şansını saxlayıb. “Genk”in isə qrupda qalacağı dəqiqləşib.

F qrupunda “Barselona” “Borussiya”nı (Dortmund) qəbul edib. 3:1 hesabı ilə qalib gələn kataloniyalılar 1/8 finala vəsiqəni təmin edib. Qrupun digər oyununda “İnter” Çexiyada “Slaviya”nı məğlub edib – 3:1. Bununla da “Slaviya” qrupdan çıxmaq şanslarını itirib. “İnter” və “Borussiya” son turda ikinci vəsiqənin taleyinə aydınlıq gətirəcək.

Rusiyanın “Zenit” klubu G qrupunda Fransa “Lion”unu qəbul edib. Oyun rusların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da “Lion”la xal hesabını bərabərləşdirən “Zenit” həm fransızların 1/8 finala vəsiqə qazanmasını əngəlləyib, həm də mərhələ şansını saxlayıb. Digər görüşdə isə “Leypsiq” evdə “Benika” ilə “sülh”ə razılaşıb – 2:2. Bununla da Almaniya klubu 1/8 finala çıxıb.​

H qrupunda “Valensiya” İspaniyada “Çelsi” ilə qarşılaşıb. Oyun 2:2 hesabı ilə başa çatıb. Qrupun digər oyununda “Lill” Fransada “Ayaks”a uduzub – 0:2.Bu qrupda 1/8 finala hər iki vəsiqənin sahibi son turda müəyyənləşəcək.

Çempionlar Liqası Qrup mərhələsi V tur, 27 noyabr.

E qrupu ​Liverpul (İngiltərə) – Napoli (İtaliya) 1:1Qollar:​ Deyan Lovren, 65 – Dries Mertens, 21.

Genk (Belçika) – Zalsburq (Avstriya) 1:4 Qollar:​Mbvana Samata, 85 – Patson Daka, 43. Takumi Minamino, 45.​ Hee-Çan Hvanq, 69.​ Erlinq Haaland, 87.

1Liverpul531111:810
2Napoli52307:49
3Zalsburq521216:117
4Genk50145:161

F qrupu​ Barselona (İspaniya) – Borussiya (Dortmund, Almaniya) 3:1 Qollar:​ Luis Suares, 29. Lionel Messi, 33. Antoine Qrizmann, 67 – Cadon Sanço, 77.

Slaviya (Çexiya) – İnter (İtaliya) 1:3 Qollar:​ Tomas Souçek, 37-pen – Lautaro Martinez, 19; 88. Romelu Lukaku, 81.

1Barselona53207:311
2İnter52129:77
3Borussiya52126:77
4Slaviya50233:82

H qrupu Valensiya (İspaniya) – Çelsi (İngiltərə) 2:2 Qollar:​ Karlos Soler, 40. Daniel Vass, 82 – Mateo Kovaçiç, 41. Kristian Pulişiç, 50.

Lill (Fransa) – Ayaks (Hollandiya) 0:2 Qollar:​ Hakim Ziyeç, 2.​ Quinsi Promes, 59.​

1Ayaks531112:510
2Valensiya52218:78
3Çelsi52219:88
4Lill50143:121