Legatum İnstitutu (London) rifah reytinqi açıqlayıb. Novator.az-ın məlumatına görə, ölkələr təhlükəsizlik və müdafiə, şəxsi azadlıqlar, dövlət idarəçiliyinin effektivliyi, sosial kapital, investisiya mühiti, biznes mühiti, bazara çıxış imkanları, iqtisadiyyatın keyfiyyəti, həyat şəraiti, təhsil, səhiyyə və ekologiya meyarları əsasında qiymətləndirilib.

Reytinq cədvəlindəki ilk 10 ölkə belə sıralanır: Danimarka, Norveç, İsveçrə, İsveç, Finlandiya, Niderland, Yeni Zelandiya, Almaniya, Lüksemburq, İslandiya.

Azərbaycan 167 ölkə arasında 92-ci yerdədir.

Gürcüstan 53-cü, Ermənistan 61-ci, Rusiya 74-cü, Türkiyə 91-ci, İran 119-cu pillədə yer alır.

Estoniya 21-ci, Litva 33-cü, Latviya 35-ci, Qazaxıstan 68-ci, Belarus 73-cü, Moldova 81-ci, Qırğızıstan 88-ci, Ukrayna 96-cı , Özbəkistan 103-cü, Türkmənistan 108-ci, Tacikistan 114-cüdür.

Reytinq cədvəlinin sonuncu pilləsində Cənubi Sudan dayanır.