Çempionlar Liqasının qrup mərhələsində V tura start verilib.

Qaynarinfo xəbər verir ki, ilk oyun günündə A,B,C D qruplarındakı komandalar qarşılaşıb.

Türkiyənin turnirdəki yeganə təmsilçisi “Qalatasaray” İstanbulda Belçikanın “Brügge” klubunu qəbul edib. Hər iki klub Avropa Liqasına vəsiqə üçün mübarizə aparır. Oyun 1:1 hesabı ilə başa çatıb. Hesabı 11-ci dəqiqədə Adem Büyük açsa da, belçikalılar əlavə vaxtda bərabərliyi bərpa edib. Bərabərlik qolundan sonra “Brügge”nin iki üzvü meydandan qovulub. Bu nəticədən sona A qrupundan “Real” PSJ ilə matçın nəticəsindən aslı olmayaraq, 1/8 finala vəsiqəni təmin edib. “Real” – PSJ matçına gəlincə, görüş heç-heçə bitib – 2:0. Bununla da Paris klubu son turun nəticələrindən aslı olmayaraq 1-ci pilləni təmin edib.

B qrupunda “Srvena Zvezda” Serbiyada növbəti mərhələni təmin edən Almaniya “Bavariya”sı ilə üz-üzə gəlib. Almanlar gecənin ən böyük hesablı qələbəsini qazanıb – 6:0. “Tottenhem” Joze Mourinyonun rəhbərliyi altında İngiltərədə “Olimpiakos”u qəbul edib. İngilislər 0:2 hesabı ilə geri düşsə də, sonda meydanı qələbə ilə tərk ediblər – 4:2. Bununla da “Tottenhem” 1/8 finala vəsiqə qazanıb.​

C qrupunda İngiltərənin digər təmsilçisi “Mançester Siti” Ukrayna “Şaxtyor”u (Donetsk) ilə “sülh”ə razılaşıb – 1:1. “Atalanta” isə evdə Zaqreb “Dinamo”suna 2:0 hesanı ilə qalib gəlib. Bununla da “Mençester Siti” 1/8 finala çıxıb. Bu qrupda 1/8 finala ikinci vəsiqənin sahibinə, həmçinin Avroliqaya gedəcək komandanın adına son turda aydınlıq gələcək.​

D qrupunda Rusiya “Lokomotiv”i Moskvada “Bayer”lə qarşılaşıb və 0:2 hesabı ilə uduzub. 1/8 finala çıxmış “Yuventus” isə evdə “Atletiko”nu yenib – 1:0. Bu qrupda 1/8 finala ikinci vəsiqənin sahibinə, həmçinin Avroliqaya gedəcək komandanın adına son turda aydınlıq gələcək.

Çempionlar Liqası Qrup mərhələsi V tur

26 noyabr A qrupu Qalatasaray (Türkiyə) – Brügge (Belçika) 1:1Qollar:​ Adem Büyük, 11 -​ Krepin Diatta, 90+2. Qırmızı vərəqələr:​ Klinton Mata, 90+3. Krepin Diatta, 90+3 (Brügge).

Real (İspaniya) – PSJ (Fransa) 2:2 Qollar:​ Kərim Benzema, 17; 79 – Kilian Mbappe, 81. Pablo Sarabia, 83.

1PSJ541012:213
2Real522111:78
3Brügge50323:93
4Qalatasaray50231:92

B qrupu Srvena Zvezda (Serbiya) – Bavariya (Almaniya) 0:6 Qollar:​ Leon Qoretzka, 14. Robert Levandovski, 53-pen; 60; 64; 68.​ Korentin Tolisso, 90.

Tottenhem (İngiltərə) – Olimpiakos (Yunanıstan) 4:2Qollar:​ Dele Alli, 450+1.​ Harri Keyn, 50; 77.​ Serj Auryer, 73 -​ Yuseff El Arabi, 6. Ruben Semedo, 19.

1Bavariya550021:415
2Tottenhem531117:1110
3Srvena Zvezda51043:193
4Olimpiakos50147:141

C qrupu Mançester Siti (İngiltərə) – Şaxtyor (Ukrayna) 1:1 Qollar:​ İlkay Gündoğan, 56 -​ Manor Solomon, 69.

Atalanta (İtaliya) – Dinamo (Zaqreb, Xorvatiya) 2:0Qollar:​ Luis Muriel, 27-pen.​ Alexandro Qomes, 47.

1Mançester Siti532012:311
2Şaxtyor51318:106
3Dinamo51229:95
4Atalanta51135:124

D qrupu Lokomotiv (Moskva, Rusiya) – Bayer (Almaniya) 0:2 Qollar:​ Rifat Cemaletdinov, 11 (avtoqol).​ Sven Bender, 54.

Yuventus (İtaliya) – Atletiko (İspaniya) 1:0 Qol:​ Paulo Dibala, 45+2.

1Yuventus541010:413
2Atletiko52126:57
3Bayer52035:76
4Lokomotiv51044:93