Tbilisidə etirazçılar və müxalifət nümayəndələri parlamentin girişinə yaxınlaşmağa cəhd edirlər.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, parlamentin binası ətrafına səfərbər olunan polis əməkdaşları onlara imkan vermir.

Ərazidə vəziyyət gərgin olaraq qalır. Polis parlamentin Çiçinadze küçəsində yerləşən girişinə aparan yolda canlı qüvvə və avtobusdan sədd yaradıb.

Saat 12:00-da parlamentin plenar iclası başlayacaq. Etirazçılar deputatların qanunverici orqana daxil olmalarının qarşısını almaq niyyətindədirlər.