APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Yevlax-Bərdə avtomobil yolunun 9-cu kilometrliyində, dəmiryolu keçidində baş verib. Belə ki, 1959-cu il təvəllüdlü Tərtər rayon sakini, Ələsgərov Arif Əziz oğlunun idarə etdiyi minik maşını idarəetməni itirərək dəmiryolu keçidində qatara çırpılıb. Qəza nəticəsində xəsarət alan sürücü xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.