2021 – cı ilin sonlarında istehsal olunacaq yeni və gələcəyin maşını olaraq qiymətləndirilən Tesla Cybertrusk modeli iki gün ərzində 146 min sifariş alıb.
Kuzovu çürüməyən poladdan olacaq bu pikapın qiymətləri motorun həcminə görə 39 900, 49 900 və 69 900 dollar arasında dəyişir. Toplam 8,23 milyard dollar həcmində sifariş alan firma əvvəlki modelləri üçün də 500 mindən çox sifariş alıb. Ekspertlər indidən Teslanı avtomobil sənayesində inqilabi inkişafa nail olacağını qəbul edirlər.​