Tovuz rayon İcra Hakimiyyəti Başçısının Birinci müavini Zeynalov Rəşad Nürəddin oğlu ailəsi ilə birlikdə​ Qaradağ rayonunda​ ​ yol qəzasına düşüb.

İcra başçısının müavini və ailə üzvüləri​ 60 AA 002​ dövlət nömrə nişanlı “Hyundai” markalı avtomaşınla qəzaya düşüb.​ İlkin məlumata görə, qəza zamanı Rəşad Zeynalovun həyat yoldaşı və sürücüsü hadisə yerində dünyasını dəyişib. Rəşad Zeynalov və oğlu isə yaxınlıqdakı xəstəxanalardan birinə aparılıb.