“Report”un xəbərinə görə, onun cəzası bu gün başa çatıb və azadlığa buraxılıb.

Qeyd edək ki, A.Yusifli 2014-cü ilin noyabrında həbs edilib. Ona, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülmüşdü.​

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Yusifli 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Ali Məhkəmə isə onun 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasını 5 ilə endirib.