Sabiq səhiyyə naziri Əli İnsanov siyasi partiya yaratmaq istiqamətində ilk addım atıb. Əsasən sabiq məmurlardan və xaricdə yaşayan fəallardan oluşan təşkilat komitəsindən ən tanınmış sima sabiq diplomat, professor​ İsfəndiyar Vahabzadədir.​
Təşkilat komitəsinin üzvləri aşagıdakılardan ibarətdir: 1) Əli İnsanov-sədr:
2) İsfəndiyar Vahabzadə-Azərbaycan Respublikasının Fövqəladə və səlahiyyətli səfiri, filologiya elmləri doktoru, professor;
3) Qalibə Budaqova-Bakı Dövlət Universitetinin sabiq əməkdaşı, Bakı şəhəri 23 saylı orta məktəbin sabiq direktoru;
4) Mirədalət Talışxanov-Hüquqşünas, Masallı rayon Məhkəməsinin sabiq sədri, Azərbaycan Respublikası Baş Prokurorunun sabiq köməkçisi;
5) Eyvaz Əliyev- Beyləqan rayon Yeni Azərbaycan Partiyasının sabiq sədri, Beyləqan Rayon İcra Başçısının sabiq müavini;
6) Oruc Muradov-Ukrayna Respublikası Xarkov şəhərində yaşayır, iqtisadçı;
7) İlqar Quliyev-Ekoloq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sabiq əməkdaşı, Azərbaycan Respublikaçılar Partiyasının Sumqayıt şəhər təşkilatının sədri;
8) Babək Adıgözəlov- Hüquqşünas, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının idarə heyyətinin sabiq üzvü;
9) Yalçın Qəhrəmanoglu- Ukrayna Respublikası Kiyev şəhərində yaşayır, iqtisadçı mühəndis, sahibkar, Azərbaycanda Demokratik Qüvvələrin Milli Şurasının üzvü;
10) Əfqan Sadıqlı- jurnalist,Azel tv-nin rəhbəri;
11) Zaur Bayramoglu- Qazi.
12) Murad Muradov- İctimai fəal.
13) Rəşad Abbaslı- Mühəndis, Təşkilat Komitəsinin katibi.
14) Fərrux Binətzadə- Hüquqşünas, keçmiş polis zabiti;
15) Murad Quliyev- İqtisadçı Hüquqşünas, Amerika Birləşmiş Ştatlarında tədqiqatçı”.