Azərbaycanın Birinci vitse-prezidenti​ Mehriban Əliyeva dünən Kremldə​ Rusiya​ Prezidenti​ Vladimir Putinlə​ görüşüb.​

Kremlin​ mətbuat xidmətinin verdiyi xəbərə görə, görüşdə Rusiya dövlət başçısı Vladimir Putin​ Azərbaycanın Birinci vitse-prezidenti​ Mehriban Əliyevaya iki ölkə arasında münasibətlərin inkişafı və möhkəmləndirilməsində göstərdiyi yüksək xidmətlərinə görə bir müddət öncə təltif olunduğu “Dostluq” ordeni də təqdim edib.​

Rusiya prezidenti V.Putin həmçinin dekabrın 20-də Sankt-Peterburqda keçiriləcək Forum çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə də görüşünün planlaşdırıldığını bildirib.

Qeyd edək​ ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 20-də Rusiyaya rəsmi səfərə gəlib.