O xatırladır ki, Yeltsinin istefasından sonra , Vladimir Putinin əsas hədəfi iki müddət prezidentlik olub. Əgər o vaxt kimsə ona 19 il hakimiyyətdə qalacağını söyləsəydi, yəqin ki, o həmin adama gülərdi. Yumaşevin fikrincə, Rusiya Yeltsin dövründəki bəzi ənənələri bərpa etməlidir. O​ ölkə mətbuatının azad olmasını arzu etdiyini bildirib. Yeltsin – Putin münasibətlərindəki açar adam kimi Putinin 2024 – cü ildə gedəcəyi haqda danışması məsələnin ciddiliyindən xəbər verir.​

1997-ci ilin mart ayından 1998-ci ilin dekabr ayına qədər Yeltsinin administrasiyasına rəhbərlik edən Yumaşev həm də Boris Yeltsinin qızı Tatyana Dyaçenkonun əridir.