Almaniyanın Köln şəhərində minlərlə insan İkinci Dünya Müharibəsindən qalmış 500 kiloqramlıq bombaya görə təxliyə edilir.

RIA Novosti agentliyinin məlumatına görə, bomba Solştok ərazisində tikinti işləri zamanı aşkar edilib. Tapıntı yerinə yaxın 500 metr ərazi əhatəyə alınıb, həmin ərazidə yaşayan minlərlə sakin təxliyyə edilib.​​