“Rossiya” telekanalının aparıcısı, ermənilərə şəxsi rəğbətini gizlətməyən və bunu rəsmi rus kanallarına sürükləyən​ Vladimir Solovyovun Rusiyada geniş ifşa kampaniyası davam edir. İtaliyada aldığı daşınmaz əmlak və oturum izni öz ölkəsinin ictimaiyyəti tərəfindən heç də birmənalı qarşılanmayıb. Hər fürsətdə Avropanı lənətləyən Solovyovdan izahat tələb olunur. Onun qazancı ilə sahib olduğu milyonlarla dollar dəyərindəki​ əmlak arasında dərin uçurum olan fərqin haradan qaynaqlanması haqqında susan aparıcı üçün müxtəlif ittihamlar səslənir. Artıq 90 minə yaxın insan onun və övladlarının İtaliya vətəndaşlığını ləğv edilməsi üçün elektron müraciəti həmin ölkənin müvafiq qurumlarına göndəriblər. Bundan başqa Ukrayna hüquq – mühafizə orqanları Vladimir Solovyov haqqında bu ölkənin ərazi bütövlüyünü təhdid etiyinə görə cinayət işi qaldırıblar. Rusiyanın müxalifət lideri Aleksey Navalnı isə özünün rəsmi sosial şəbəkə səhifəsində aparıcının bütün əmlakının siyahısını açıqlayıb. Bu paylaşım Rusiyada böyük maraqla qarşılanıb və izlənmə və bəyənmə rekordu qırıb.​
Vladimir Solovyov özünü müdafiə üçün erməni milyaderi, “Taşir” şirkətlər qrupunun sahibi, milyarder Samvel Karapetyan ilə dostluğundan danışır. O verdiyi müsahibədə hər övladı doğulduğunda milyarder tərəfindən qiymətli hədiyyələr aldığını etiraf edir. Rosarminfo.ru saytına bu haqda müsahibə verən aparıcı mənəvi anasının da erməni qadını olduğunu açıqlayır. Bu qadın isə “Vladimir Solovyov ilə axşam” proqramının şef redaktoru Qayana Ambartsumyandır.​
Hazırda Rusiyada müxalifət və ictimai birliklər “Xalq Solovyova qarşı” adlı kampaniyaya start veriblər.​