Ukrayna Futbol Federasiyasının Nəzarət İntizam komitəsi “Şaxtyor”u Premyer Liqanın 14-cü turunda Kiyev “Dinamo”su ilə oyun zamanı rusca səsləndirilən elana görə cəzalandırıb.

Qol.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Donetsk təmsilçisi 20 min qrivna (1400 manat) cərimə olunub.

Oyun zamanı “Metallist” stadionunda bir neçə dəfə azarkeşlərin iqrçi şüarlar səsləndirmələrinin yolverilməzliyi elan edilib. Bu xəbərdarlıq rusca səsləndirilib.

Xatırladaq ki, bu görüşdə azarkeşlərinin “Şaxtyor”un futbolçusu Taysona qarşı irqçiliyinə görə “Dinamo”da cərimələnib.