Axşam.az-ın yaydığı xəbərə görə , müştərilərdən biri mağazada ürəktutmadan dünyasını dəyişib.

Dadaşovun mətbuat xidməti məlumatı qafqazinfo-ya təsdiqləyib. Amma qeyd olunub ki, sözügedən xanım şirniyyat evinin müştərisi olmayıb:

“Dünyasını dəyişən şəxs nə mağazanın işçisi, nə də müştərisidir. Sadəcə, həmin xanım məhz şirniyyat evinin qarşısından keçərkən halı pisləşib. Həmin vaxt məkanda olan işçi, müştərilər bayıra çıxaraq qadına yardım ediblər və onu içəri keçiriblər. Çox güman ki, infarkt keçirib. Təcili yardım çağırılıb, lakin həkimlər gələnədək xanım ölüb”.