Türkiyə Silahlı Qüvvələrinin 25-ci Baş Qərargah rəisi Yaşar Böyükanıt Acıbadəm xəstəxanasında 79 yaşında vəfat edib.​

O,  2006-2008-ci illərdə Türkiyə Silahlı Qüvvələrinin​ baş qərargah rəisi olub. Qeyd edək ki, generalın​ bir həftə öncə həyat yoldaşı Filiz xanım vəfat etmişdi. Sağlamlığı səbəbilə general dəfnə qatıla bilməmişdi. General Böyükanıt Atatürk ideyalarına sadiq biri olduğuna görə AKP iqtidarı tərəfindən dəfələrlə təyziqlərə məruz qalmışdı. Məhşur “e muhtiriya” açıqlaması ilə məhşur idi. Atatürk ideyalarına ən sadiq hərbçi kimi tanınırdı.​