Dövlət Dumasının deputatı Dmitri Savelyev​ Armavir şəhərində (Krasnodar vilayəti) nasisit Qaregin Njde-nin​ Memorialının quraşdırılmasından hiddətlənir və bunu cinayət əməli hesab edir.

“Xalqımız onilliklərlə haqlı olaraq özünü xilaskar xalq hesab edib. Məhz rus (sovet) qoşunları min kilometrlərlə piyada keçərək, az qala hər bir Avropa şəhərindən – Berlinə qədər faşistləri vurub çıxarmışdılar. Tarixi zamana görə o qədər də çox illər keçməyib və bizə nə ilə​ cavab verirlər? Sovet əsgərinin abidələrini kütləvi şəkildə sökürlər. Sovet xalqının rəşadətli qəhrəmanlığı, əcdadlarımızın qəhrəmanlığı yaddaşlardan silinir. Amma müqəddəs yer boş deyil. Ermənistanda Geregin Njde abidəsi qoyuldu! Onun nasist agenti​ olduğunu sübut edən rəsmi sənədlər var-Bolqarıstana Qırmızı Ordunun arxa cəbhəsində təxribatlara başçılıq etmişdir. Ona isə abidə qoyulur”,- deyə Savelyev”İnterfaks-Azərbaycan” agentliyinə bildirib.

Onun sözlərinə görə, o, Njde Memorialının Krasnodar Armavirində də qoyulduğunu öyrənərkən daha çox hiddətlənib.

“Mənim fikrimcə, bu, cinayət tərkibli əməldir , — bu “nasizmin reabilitasiyası” kimi tanınmalıdır. Həm Rusiya qanunlarına, həm də beynəlxalq qanunlara görə. bu bir nasist cinayətkarının qəhrəmanlaşdırılmasıdır. Burada başqa fikir ola bilməz.​

Savelyev​ əlavə edib ki, “Rusiya belə hallara adekvat cavab verməlidir”.