Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova “Uşaqlara qarşı zorakılığın qarşısının alınması və ləğv edilməsi” mövzusunda keçirilən konfransda qaçqın və məcburi köçkünlərin ünvanına ehtiyatsız ifadələr işlədib.

E.Süleymanova , ölkədə uşaqlara qarşı zorakılıq hallarının səbəblərindən danışarkən məcburi köçkün ailələrini statistik azərbaycanlı ailəsindən ayırıb, sitat – : “Səbəblərdən biri qaçqın və məcburi köçkün ailələrində valideyn himayəsinin daha zəif olmasıdır. Erkən nikahlar da bu səbəblərə aiddir. Digəri məişət zorakılığıdır ki, bu da dünyanı bürüyüb, bizdə də müşahidə olunur. Həmçinin mətbuatda, sosial şəbəkələrdə yayılan faktlar, uşaqlara qarşı zorakılığın ifrat dərəcədə göstərilməsi şübhəsiz ki, uşaqlara təsirsiz ötüşmür”.
​Göründüyü kimi, ombudsman məcburi qaçqın ailələri haqda heç də xoş olmayan, ən əsası isə, heç bir məntiqə sığmayan açıqlama verir. Ümid edirik ki, xanım Süleymanova bununla bağlı ayrıca bir üzrxahlıq açıqlaması yayacaq.