ARB TV-nin​ “Üçəlli”​ verilişinin növbəti qonağı xalq artisti​ Səməd Səmədov​ olub.

Xalq artisti canlı yayımda təəccübləndirən açıqlama verib: “Əli Mirəliyevin ayın 30 günü toyu və 2 nəfər bərk gedən xanım müğənniləri var idi. Biri Firuzə İbadova, digəri isə Ruhəngiz Musəvi. O vaxtlar elə-belə müğənni deyildi, çox savadlı və populyar müğənni idi. Ötən gün verilişlərin birində Əli Mirəliyevlə birlikdə idim. Ona dedim ki, Əli, bu nə məsələdir? Çoxdandır dalımca danışmırsan, tənqid-təhqir etmirsən, toylarım azalıb”.