Ötən gecə Avro-2020-nin seçmə mərhələsinə yekun vurulub.

Azərbaycan millisi son oyunu səfərdə Slovakiyaya qarşı keçirib və 0:2 hesabı ilə uduzub.

E qrupundakı digər matçında​ isə Uels öz meydanında Macarıstanla qarşılaşıb və 2:0 hesabı ilə qalib gələrək Avro-2020-nin final mərhələsinə yüksəlib.

Qalan 19 vəsiqəni Xorvatiya, İngiltərə, Çexiya, Ukrayna, Portuqaliya, Almaniya, Hollandiya, İsveçrə, Danimarka, İspaniya, İsveç, Polşa, Avstriya, Fransa, Türkiyə, Belçika, Rusiya, İtaliya və Finlandiya qazanıb. Qalan 4 vəsiqə isə ən yaxşı qrup üçüncüləri arasında baş tutacaq play – of oyunları nəticəsində sahiblərini tapacaq.​