Tükiyə Xarici İşlər Nazirliyi Suriyanın şimal-şərqindəki terrorçu adlandırdığı silahlı qruplaşmalar təmizlənməyəcəyi təqdirdə yeni hərbi əməliyyata başlayacağını bildirib. Məlumat bazar ertəsi “Anadolu Ajans” dövlət agetnliyi vasitəsi ilə yayımlanıb.

Nazir Mövlud Çavuşoğlu bildirib ki, ABŞ və Rusiya Türkiyənin Suriyaya hücumunu dayandırmaqla bağlı razılaşdırılmış sazişin tələblərini yerinə yetirməyib.

Sazişin şərtlərinə əsasən, YPG Suriyanın Şimal-şərqindən, Tükiyə ilə həmsərhəd bölgədən çıxarlmalı idi. Bu səbəbdən bazar ertəsi Çavuşoğlu Washington və Moskvanı sazişin şərtlərini yerinə yetiməyə çağırıb.

“Əgər nəticə əldə olunmazsa, biz nə lazımdrsa onu da edəcəyik – necə ki, daha öncə, ABŞ-la işləməyə cəhd etdikdən sonra biz əməliyyata başlamışdıq.”

Ankaranın fikrincə Suriya Demokratik Qüvvələrinin əsasını təşkil edən və ABŞ-a İslam Dövləti ilə mübarizədə əsas dəstək verən YPG silahlı qruplaşması Türkiyə daxilindəki silahlı kürd qruplaşmaları ilə sıx əlaqədədir.

Türkiyənin son hücumu rəsmi Ankaranın Qərbdəki tərəfdaşları tərəfindən sərt şəkildə qınanıb. Onların fikrincə, bu hücum İslam Dövləti ilə mübarizəyə mane ola bilər. Türkiyə isə bu narahatlıqları rədd edərək İslam Dövləti ilə mübarizəyə davam edəcəyini bildirib.

İki ölkə arasındakı mehriban münasibətlətə baxmayaraq ABŞ Konqresi Prezident Donald Trampı Ankaraya qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnamə qəbul edib.

Digər tərəfədən isə Respublikaçı, ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri keçən həftə millət vəkillərinin Türkiyəyə qarşı sanksiya tətbiq edən qanunvericiliyin qəbul edilməsini istəmədiyini bildirib. Çünki o, Türkiyənin Rusiyadan S-400 müdafiə sisteminin alınması ilə bağlı ABŞ-la olan müzakirələr zamanı iki müttəfiq ölkə arasında daha az gəriginliyə ehtiyac olduğunu düşünür.​