Virtual heyvandarlıq şəbəkə başçısı, məhşur “Çiftlikbank” fırıldağının baş qəhrəmanı, 133 minə yaxın insanı aldadaraq,​ bir neçə yüz milyon dollar sərvət əldə edərək ölkədən qaçmış “Tosuncuk” ləqəbli Mehmet Aydının sorağı bu dəfə Ukrayna paytaxtından gəldi. Zərərçəkən vətəndaşlar bu xəbər üzərinə dərhal hərəkətə keçdilər. Onlar Kiyevin müxtəlif səmtlərinə fırıldaqçının fotosu olan afişalar yapışdıraraq, onu yerini bildirənə 350 min dollar mükafat vəd etdilər. Xatırladaq ki, M.Aydın İnterpol xətti ilə axtarılır. Son dəfə onun Cənubi Amerikada, daha dəqiq Uruqvayda olması təsdiqlənmişdir.​